Xəzər Xəbər

Türkiyədə son 53 ilin ən isti aprel ayı qeydə alınıb

Dünya | 08:15 • 15 May 2024
Türkiyədə son 53 ilin ən isti aprel ayı qeydə alınıb

Ötən ay Türkiyədə son 53 ilin ən isti aprel ayı olaraq qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin yazılı açıqlamasında bildirilir.

Nazir qeyd edib ki, ötən ay Türkiyə üzrə orta temperatur 16,6 dərəcə olub. Bu da normadan 4,3 dərəcə yüksəkdir. Ən yüksək temperatur isə 38,9 dərəcə ilə Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda ölçülüb.

Məlumatda bildirilib ki, ölkədə hava temperaturunun normadan yüksək olmasına baxmayaraq, ötən il oktyabrın 1-dən bu il mayın 8-dək Türkiyə daxilində yağıntının miqdarı 3,9 faiz artıb. Ən çox yağış 27 faiz artım ilə ölkənin Şərqi Anadolu Bölgəsinə yağıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024