Xəzər Xəbər

Ağcabədidə iki azyaşlı dəm qazından zəhərlənib, biri vəfat edib

Region | 14:21 • 15 May 2024
Ağcabədidə  iki azyaşlı dəm qazından zəhərlənib, biri vəfat edib

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu, Boyat kəndində qeydə alınıb.

Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar