Xəzər Xəbər

Zelenski xarici səfərlərini təxirə salıb

Dünya | 14:30 • 15 May 2024
Zelenski xarici səfərlərini təxirə salıb

Ukrayna Prezidenti Volodimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov "Facebook" hesabında məlumat verib.

"Volodimir Zelenski yaxın günlərdə onun iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin razılaşdırılması barədə göstəriş verib. Biz tərəfdaşlarımıza anlayışlarına görə minnətdarıq", - deyə o bildirib.

Qeyd edək ki, bu qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024