Xəzər Xəbər

Sumqayıtda mənzillərin qiyməti Bakıya çatdı – ARAŞDIRMA VİDEO

Veb TV | 20:30 • 15 May 2024
Sumqayıtda mənzillərin qiyməti Bakıya çatdı – ARAŞDIRMA

Sumqayıtda mənzillər bahalaşıb. Hazırda burada qiymət Bakının bir çox əraziləri ilə demək olar ki, eynidir.

Xezerxeber.az-ın xəbərinə görə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar bildirirlər ki, hazırda ən çox və baha satılan 1 otaqlı mənzillərdir.

Onların sözünə görə, mənzillərin bahalaşması alıcı sayına da təsirsiz ötüşməyib.

Sakinlər də qiymət artımını təsdiqləyirlər. Bildirilir ki, əvvəllər 30-35 min manata satılan 1 otaqlı evlər indi 55 mindən aşağı aşağı deyil.

Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olanlar onu da vurğuladılar ki, 4-5 il öncə Sumqayıtın bəzi ərazilərində torpaq sahəsinin 1 sotunun qiyməti 3-5 min manat arası dəyişirdisə, indi 20-25 min manata təklif edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar