Xəzər Xəbər

Rusiya Ukraynada daha 1510 hərbçisini itirib

Dünya | 09:39 • 15 May 2024
Rusiya Ukraynada daha 1510 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1510 hərbçisini itirib.

Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 48 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024