Xəzər Xəbər

Bağdad xəstəxanasında yanğında ölənlərin sayı 82-yə çatıb

Dünya | 14:15 • 25 Aprel 2021
Bağdad xəstəxanasında yanğında ölənlərin sayı 82-yə çatıb

Aprelin 24-də gecə saatlarında Bağdadda COVID-19 xəstələrinin müalicə olunduğu İbn Əl-Xatib xəstəxanasında oksigen balonunun partlaması nəticəsində baş vermiş yanğında həyatını itirənlərin sayı 82-yə çatıb.

Bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İraqın İnsan Hüquqları Komissiyasının sədri Əli Bayati bildirib ki, ölən pasiyentlərin 38-i süni nəfəs aparatına qoşulmuş COVID-19 xəstələridir. Onun sözlərinə görə, faciə yerində ölkənin Baş nazirinin tapşırığı əsasında yaradılmış təhqiqat komissiyası işləyir.

Xəbər lenti