Xəzər Xəbər

Ermənistan Müdafiə Nazirliyinin binasından əməkdaşlar helikopterlə təxliyə olunur

Dünya | 18:54 • 9 Aprel 2021
Ermənistan Müdafiə Nazirliyinin binasından əməkdaşlar helikopterlə təxliyə olunur

Qarabağ müharibəsinin gedişində itkin düşmüş hərbi qulluqçuların valideynlərinin etiraz aksiyası səbəbindən Ermənistan Müdafiə Nazirliyinin binasından əməkdaşları helikopterlərlə təxliyə edirlər.

Xezerxeber.az Ermənistan teleqram-kanallarına istinadla xəbər verir ki, binaya ərzaq da helikopter vasitəsilə çatdırılır.

Qarabağda itkin düşmüş hərbi qulluqçuların valideynləri cümə axşamı günündən nazirliyin giriş və çıxışlarını bloklamaqda davam edir. Onlar Gümrü-İrəvan və Gümrü-Vanadzor avtomobil yollarını, həmçinin Gümrü-İrəvan dəmir yolunu bağlayıblar.

Etirazçılar axtarış işlərinin gedişi, övladlarının vəziyyəti, habelə əsir düşmüş erməni hərbi qulluqçuları barədə informasiya tələb edirlər. Ermənistanın hakimiyyət orqanları isə itkin düşənlərin və əsirlərin sayı barədə məlumat verməkdən yayınır.

Xəbər lenti