Xəzər Xəbər

Şahzadə Filipin vəfatı ilə əlaqədar Britaniyada matəm elan olunub

Dünya | 17:26 • 9 Aprel 2021
Şahzadə Filipin vəfatı ilə əlaqədar Britaniyada matəm elan olunub

Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, şahzadə Filipin vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub.

Britaniya mediası xəbər yayıb ki, matəm mərhumun dəfninədək davam edəcək. Ölkədə bütün bayraqlar endiriləcək, matəm müddətində yeni qanunlar qəbul olunmayacaq.

Şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib. Bu barədə Bukingem sarayı "twitter" səhifəsində məlumat yayıb.

Dəfnin tarixi hələlik açıqlanmır.

Mərhumun cənazə mərasiminin Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacağı və hərbi stildə keçiriləcəyi gözlənilir. Mərasimdə kral ailəsinin qohumlarının və yaxın dostlarının iştirakı nəzərdə tutulur. Milli matəm səkkiz gün, ailə matəmi isə otuz gün davam edəcək. Bundan sonra Britaniya kraliçası öz səlahiyyətlərinə qayıdacaq.

Filip taxt-taca namizədlər arasında olmadığı üçün onun ölümü taxta varislik xəttinə təsir göstərməyəcək.

Xəbər lenti

Çox oxunanlar