Xəzər Xəbər

ABŞ daha bir ölkədə hərbçilərinin sayını azaldır

Dünya | 10:47 • 10 Sentyabr 2020
ABŞ daha bir ölkədə hərbçilərinin sayını azaldır

ABŞ İraqdakı hərbçilərinin sayını azaldacaq.


Bunu jurnalistlər üçün brifinq zamanı Ağ Evin mətbuat katibi Keyli Makineni deyib.


K.Makineni bildirib: "Prezident (Donald Tramp - red.) və Pentaqon bu gün İraqdakı hərbçilərimizin sayının azaldılmasını elan edirlər".


Onun sözlərinə görə, İraqdakı ABŞ hərbçilərinin sayı 5,2 mindən 3 min nəfərədək azaldılacaq./Publika.az

Xəbər lenti