Xəzər Xəbər

"Böyük müqavilə” imzalanacaq TARİX AÇIQLANDI

Dünya | 10:42 • 10 Sentyabr 2020
"Böyük müqavilə” imzalanacaq

ABŞ Prezidentinin mətbuat katibi Keyli Makineni İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanacaq sülh sazişinin şərəfinə təntənəli mərasim keçiriləcəyini təsdiqləyib.


Rusiya mətbuatı bildirir ki, Makineni imza mərasiminin sentyabrın 15-də Vaşinqtonda baş tutacağını deyib.


O vurğulayıb ki, Amerika lideri Donald Tramp "İbrahim razılaşmaları” adlanan, münasibətlərin tam normallaşmasını nəzərdə tutan sazişin ratifikasiyası üçün İsrail və BƏƏ nümayəndələrini Ağ Evdə qəbul edəcək.


Bundan öncə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və BƏƏ münasibətlərin tam normallaşması və aviaəlaqənin açılması barədə razılığa gəliblər. Qarşı tərəfə ilk səfəri İsrail nümayəndələri ediblər./Publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024