Xəzər Xəbər

Sverdlovskda benzindaşıyan avtomobilin partlayıb, 4 nəfər həlak olub

Dünya | 09:36 • 7 İyul 2019
Sverdlovskda benzindaşıyan avtomobilin partlayıb, 4 nəfər həlak olub

Rusiyanın Sverdlovsk vilayətinin şimalında benzindaşıyan avtomobilin partlaması nəticəsində dörd nəfər həlak olub.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı daha 11 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti orta ağırdır.


Benzindaşıyan avtomobil əyləc sisteminin nasazlığı səbəbindən yoldan çıxıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib. İlkin məlumata görə, onların hamısı partlayış vaxtı avtomobilin yaxınlığında olan yerli sakinlərdir.


Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, sürücü sərxoş vəziyyətdə olub.

Xəbər lenti