Xəzər Xəbər

Türkiyədə ağır yol qəzası: 8 nəfər ölüb

Dünya | 16:22 • 6 May 2024
Türkiyədə ağır yol qəzası: 8 nəfər ölüb

Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Xezerxeber.az xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində meydana gəlib.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti

Çox oxunanlar