Xəzər Xəbər

Florida ştatında müəmmalı partlayış

Dünya | 09:37 • 7 İyul 2019
Florida ştatında müəmmalı partlayış

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Planteysn şəhərindəki ticarət mərkəzlərindən birində baş vermiş partlayışın səbəbləri araşdırılır.


Xezerxeber.az xəbər verir ki, bu barədə CBS telekanalı yerli yanğından mühafizə xidməti rəisinin müavini Coel Qordona istinadla məlumat yayıb. Onun sözlərinə görə, hadisə yerinə gələn xidmətin əməkdaşları qaz sızması qeydə alıblar və partlayışa bu səbəb ola bilər. Lakin hadisənin nədən baş verdiyi hələ axıradək aydınlaşmayıb. "Biz hələlik heç nəyi istisna etmirik. Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb. Biz bunun belə olduğundan şübhələnirik”, - deyə Qordon əlavə edib.


Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır. Yaralananların əksəriyyəti partlayış anında trenajor zalında olan şəxslərdir.

Xəbər lenti

Çox oxunanlar