Xəzər Xəbər

ABŞ "Patriot"un qiymətini Polşa üçün iki dəfə ucuzlaşdırıb

Dünya | 14:36 • 1 Fevral 2018
ABŞ "Patriot"un qiymətini Polşa üçün iki dəfə ucuzlaşdırıb
Polşa hökuməti ABŞ-dan "Patriot" raket kompleksini 2 dəfə ucuz almağa nail olub. Bu barədə "RMF" radiostansiyası məlumat yayıb.

Məlumata görə, RƏM sistemi Varşavaya 4,5 mlrd. dollara başa gəlib. Halbuki buna qədər raket kompleksinin qiyməti 10,5 mlrd. dollar dəyərində qiymətləndirilirdi.

Bildirilir ki, müqavilə martın sonunadək imzalanmalıdır./FaktXəbər

Xəbər lenti