Xəzər Xəbər

“Su pərisi”nə bənzəyən uşaq dünyaya gəldi İNANILMAZ - FOTO

Dünya | 11:08 • 9 Dekabr 2017
“Su pərisi”nə bənzəyən uşaq dünyaya gəldi

Hindistanda "su pərisinə” bənzəyən uşaq doğulub.

"Daily Mail” xəbər verir ki, 23 yaşlı qadının dünyaya gətirdiyi körpənin ayaqları bitişik olub. Qeyd olunur ki, qadın hamiləlik dövründə kasıbçılıq üzündən vaxtlı-vaxtında müayinə olunmadığı üçün uşağın inkişafından məlumatsız olub.

Uşaq dünyaya gəldikdən 4 saat sonra ölüb. Doğuşu həyata keçirən həkimin açıqlamasına görə, uşağın inkişafının zəif getməsinə ananın zəif qidalanması səbəb olub. Onun sözlərinə görə, su pərisinə bənzər uşaqlar 100 mində bir dəfə dünyaya gəlir və adətən həyatda qalmır.

publika.az

Xəbər lenti