Xəzər Xəbər

Vətən müharibəsi qazisinin nikah mərasimi keçirilib

Cəmiyyət | 18:45 • 17 Mart 2021
Vətən müharibəsi qazisinin nikah mərasimi keçirilib

Martın 17-də Mingəçevir “ASAN xidmət” mərkəzində Vətən müharibəsi qazisi Elçin Abduləzimovun nikah mərasimi təşkil olunub. Ailə həyatı quran hər iki gənc 2016-2020-ci illərdə Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alıblar.

Gənclərin nikah mərasimində MDU-nun bir qrup əməkdaşı da iştirak edib. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdə pay sahibi olan qazi üçün əlamətdar tədbirə böyük qürur hissi ilə qoşulan MDU əməkdaşları hər iki məzunu universitetin kollektivi və tələbələri adından təbrik edib, onlara ailə səadəti və xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Tərtər, Ağdam və Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edən E.Abduləzimov 2020-ci ilin 2 noyabr tarixində ağır yaralanıb. Aldığı üzunmüddətli müalicələr nəticəsində sağlamlığını bərpa edən E.Abduləzimovun nikaha daxil olduğu Nigar Məhərrəmova MDU-nu fərqlənmə diplomu ilə bitirib və hazırda Ağdaş rayon Nemətabad kənd məktəbində müəllimə işləyir.

Xəbər lenti