Xəzər Xəbər

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 27 nəfər uğur qazanıb

Cəmiyyət | 12:19 • 9 Avqust 2019
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 27 nəfər uğur qazanıb

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.


Avqustun 9-u saat 11:55-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 27-si müxtəlif vəzifələrə uyğun bilinib.


DİM-dən xezerxeber.az-a bildirilib ki, müsahibələr noyabrın 5-dək davam edəcək. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə (54 vəzifə) Mədəniyyət Nazirliyi tərəfindən çıxarılıb.


Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Xəbər lenti