Xəzər Xəbər

Dövlət qulluğu üzrə ümumi müsahibə başlayıb

Cəmiyyət | 12:41 • 14 Fevral 2019
Dövlət qulluğu üzrə ümumi müsahibə başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə başlayıb.


DİM-dən xezerxeber.az bildiriblər ki, namizədlərlə müsahibələr fevralın 22-dək aparılacaq. Ümumi müsahibədə iştirak etmək üçün 89 nəfərin müraciəti qeydə alınıb.


Xatırladaq ki, müsahibəyə 40 vakant vəzifə çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

Xəbər lenti