Xəzər Xəbər

Azərbaycanda təbii su hövzələrinə 46 milyona yaxın balıq körpələri buraxılıb

Cəmiyyət | 13:59 • 14 Fevral 2019
Azərbaycanda təbii su hövzələrinə 46 milyona yaxın balıq körpələri buraxılıb

2018-ci ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 milyon 922,7 min manat vəsait sərf olunub.

Həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 45,5 milyon balıq körpələrinin 37,7 milyonu çəkikimi balıq körpələrinin, 7,7 milyonu nərəkimi balıq körpələrinin və 0,1 milyonu qızılbalıq körpələrinin payına düşüb.

Xəbər lenti