Xəzər Xəbər

Xırdalanda it dişləyən qadın DANIŞDI: "Ayağımdan əti qopardı" VİDEO

Veb TV | 20:45 • 9 May 2024
Xırdalanda it dişləyən qadın DANIŞDI: "Ayağımdan əti qopardı"

Abşeronda küçə itlərinin qadına hücum etməsi təhlükəsizlik kamerasına düşüb.

Xezerxeber.az xəbər verir ki, sürü halında gəzən küçə itləri səhər saatlarında qadına hücum çəkərək onu yaralayırlar.

Ayağından yaralanan qadın xəstəxanaya çatdırlıb. Hadisə Abşeron rayon rayonu Xırdalan şəhəri ərazisindəki parkda baş verib.

Hadisə zamanı itlərin hücumuna məruz qalan qadın Xırdalan sakini Aytəkin Akçadır. 

“Xəzər Xəbər”ə danışan zərərçəkmiş, itlərin onun ayağından ət qopardığını bildirir.

Onun sözlərinə görə, yaxınlıqda olan insanlar olmasaydı daha arzuolunmaz hadisə baş verə bilərdi.

Mövcud vəziyyətdən sakinlər də narazıdır. Bildirilir ki, sürü halında gəzən küçə itləri onların həyatı üçün təhlükədir.

Hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə münasibət bildirilib.

Xəbər lenti