Xəzər Xəbər

Xankəndidə yeni doğulan İlhamın həkimi DANIŞDI VİDEO

Veb TV | 21:28 • 24 Aprel 2024
Xankəndidə yeni doğulan İlhamın həkimi DANIŞDI

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.

Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.

 “Xəzər Xəbər” bu sevinci  yaşayan Abdullayevlər ailəsini təbrik etmək üçün Xankəndiyə, elə həmin xəstəxanaya yollanıb.

“Ordu sıralarında bir əsgər də artdı.....Qalib ordunun, qalib xalqın bir nümayəndəsi də artdı", - deyən ata ilk övladının Xankəndində doğulmasının sevincini yaşayır.  

İlk övladına İlham adını verən ata “Xəzər Xəbər”ə müsahibəsində övladına bu adı qoymasının səbəbini də açıqlayıb.

Həkimlər də körpənin vəziyyətindən danışıblar.

Xəbər lenti