Xəzər Xəbər

Mingəçevirdə sakinlər binanin zirzəmisinə dolan çirkab sulardan ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 21:10 • 24 Aprel 2024
Mingəçevirdə sakinlər binanin zirzəmisinə dolan çirkab sulardan ŞİKAYƏTÇİDİR

Sakinlər üfünət, həşaratların əlindən bloklara girib çıxmağın mümükün  olmadığını deyirlər.

Xezerxeber.az xəbər verir ki, Mingəçevirdə Təbriz küçəsi 3 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisi çirkab suların içindədir. Binada yaşıyanlar bildirir ki, aidiyyəti quruma vaxtlı vaxtında ödəniş etsələr də amma keyfiyyətli xidmət görmürlər. 

5 mərtəbəli bina 40 mənzildən ibarətdir. Göz önündə olan problemlə bağlı adiyyəti qurumlar dəfələrlə məlumatlandırılsa da illərdir vəziyyət dəyişməz olaraq qalır.

Mingəçevir Sukanal İdarəsinin rəisi Samir Əliyev “Xəzər Xəbər”ə bildirib ki, həmin ərazidə dövlət proqramına əsasən su və kanalizasiya xəttlərinin yenidən qurulması işləri aparılır. Su xəttlərinin işləri tamamlanıb. Kanalizasiya xəttlərində isə işlər başa çatmayıb. Buna baxmayaraq, sözü gedən ünvana baxış keçirləcək və sakinlərin probleminin həlli üçün addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti