Xəzər Xəbər

Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlər "Xəzər Xəbər"ə danışdılar VİDEO

Veb TV | 21:27 • 16 Aprel 2024
Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlər "Xəzər Xəbər"ə danışdılar

Eyni sinifdə oxuyan və eyni parta arxasında əyləşən şagirdlər buraxılış imtahanında maksimum nəticə göstəriblər.

Xezerxeber.az-ın məlumatına görə, 300 bal toplamaqla ən yüksək nəticə göstərənlərdən ikisi Qax şəhəri, 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirovadır.

Onlar eyni sinifdə təhsil alıb və eyni parta arxasında əyləşiblər.

Maksimum nəticə göstərlərdən biri də Tovuz rayonu, Mahir Ələkbərov adına şəhər orta məktəbin şagirdi İlahə Məhərrəmzadədir. İlahə deyir ki, intellektual yarışlarda hər zaman ən yüksək nəticə göstərib və birinciliyi təmin edib. O, bu dəfə də maksimum nəticəni hədəfləyib və buna nail olmağı bacarıb.

Adı ən yüksək nəticə göstərənlər siyahısında olanlardan biri də Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin şagirdi Amil Ələsgərovdur.  

Qeyd edək ki, 11 illik təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında ölkə üzrə 39 şagird maksimum nəticə göstərib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti