Xəzər Xəbər

Həcc ziyarəti üçün kvota azaldılıb VİDEO

Veb TV | 20:06 • 16 Aprel 2024
Həcc ziyarəti üçün kvota azaldılıb

Qafqaz Müsəlmanları İdarəsi builki Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayırıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

O deyib ki, QMİ kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu yenilikdən sonra isə bəzi işbaz şirkətlər və fərdlər vətəndaşları aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər.

Vüsal Cahangiri hazırda təxminən 500-ə yaxın vətəndaşın bu işbazların qurbanı olduğunu bildirib.

Onun sözlərinə görə, kvotanın azaldılmasının digər səbəbi isə budur ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir.

Qeyd edək ki, Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar. Elektron vizalarla isə Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir. QMİ vətəndaşlardan  bu cür təşviqedici təkliflərə aldanmamağı xahiş edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti