Xəzər Xəbər

Tərtər-Bakı avtobusunda təhlükəli anlar yaşanıb VİDEO

Veb TV | 20:55 • 16 Aprel 2024
Tərtər-Bakı avtobusunda təhlükəli anlar yaşanıb

Tərtər-Bakı istiqaməti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

Magistralın Kürdəmir rayonu ərazisindən keçən hissəsində avtobusda anidən sükan əsməyə başlayıb.

Sürücü isə bu vəziyyətdə avtobusu idarə etməyə davam edib. Amma sonradan nəqliyyat vasitəsini saxlaya bilib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülər xeyli müzakirələrə səbəb olub.

Hadisəyə münasibət bildirən həmin avtobusun sürücüsü Pərvin İsmayılov deyib ki, sükanın əsməsi təkərin partlaması nəticəsində baş verib. Onun sözlərinə görə, həmin vaxt avtobusda 48 sərnişin olub. Hadisə xəsarətsiz ötüşüb.

Pərvin İsmayılov onu da bildirib ki, 2006-cı ildən rayonlararası marşurt xəttində öz avtobusu ilə çalışır. Həmçinin 3 ildir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksində sərnişin sıxlığı yaşandığı zaman xüsusilə bayram günlərində Bakı-Tərtər istiqamətində işləyir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən avtobus avtovağzaldan kənar xidmət göstərir. Avtovağzaldan fəaliyyət göstərən bütün avtobuslar reysqabağı texniki müayinəyə cəlb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar