Xəzər Xəbər

Xocalıya sakinlərin köçürülməsinə başlanılır VİDEO

Veb TV | 20:55 • 27 Mart 2024
Xocalıya sakinlərin köçürülməsinə başlanılır

Təxminən iki ay sonra Xocalıya ilk köç nəzərdə tutulub.

Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir. 

Xezerxeber.az-ın məlumatına görə, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib. 

O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir. Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və su xətləri çəkilir.

Bundan əlavə, Xocalıda Şəhidlər xiyabanı salınır. Xiyabanda kütləvi məzarlıqda tapılan 7 nəfərin qalıqları   dəfn olunacaq.

Kütləvi məzarlıqda tapılan qalıqların digərlərinin də DNT araşdırmaları davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti