Xəzər Xəbər

Sabirabadda yol qəzası olub, ölən və yaralanan var

Region | 09:45 • 15 Aprel 2024
Sabirabadda yol qəzası olub, ölən və yaralanan var

Sabirabad rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində ölən və xəsarət alan var.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saat 03 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 23-cü kilometrliyində Şəhriyar kəndi ərazisində qeydə alınıb.

"Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Məmmədov Sabir Bayram oğlu hadisə yerində ölüb. Xəsarət alan İsmayılova Dostu Əliyar qızı isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar