Xəzər Xəbər

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Dünya | 11:26 • 20 Aprel 2024
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

ABŞ Senatı terrorizmdə şübhəli bilinən xarici ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və elektron yazışmalarının oxunması proqramının uzadılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Xezerxeber.az xəbər verir ki, ABŞ-nın xarici kəşfiyyata nəzarət qanununun 702-ci maddəsinin uzadılmasını nəzərdə tutan layihə Konqresin yuxarı palatasında lazım olan 60 səsi toplayıb.

Sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək. Beləliklə, fəaliyyət müddəti aprelin 20-də başa çatan proqram 2026-cı ilədək uzadılacaq.

Qeyd edək ki, xarici kəşfiyyata nəzarət aktına 2008-ci ildə edilən düzəliş kəşfiyyat orqanlarına məhkəmənin icazəsi olmadan ABŞ-dan kənarda yaşayan, lakin Amerika peyk kanallarından, rabitə mərkəzlərindən və ya internet serverlərindən istifadə edən xarici vətəndaşların telefon danışıqlarını dinləmək və elektron yazışmaları oxumaq hüququ verir.

Xəbər lenti

Çox oxunanlar