Xəzər Xəbər

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Texnologiya | 18:14 • 15 Aprel 2024
Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi

Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) 42 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycanın göstəricisi 70,83 bala yüksəlib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından (AKTA) bildiriblər ki, bu nəticə hazıradək ölkəmiz tərəfindən əldə olunmuş əvvəlki ən yüksək balı (66,67 balı) üstələyib və ölkəmiz beynəlxalq reytinqdə 13-cü pillədə qərarlaşıb.

Son 2 ay ərzində siyahıya 11 yeni ölkənin nəticələri əlavə edilib və beynəlxalq reytinqin qiymətləndirmə miqyası genişləndirilib.

Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı bütün indikatorlar üzrə ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda AKTA tərəfindən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.

Qeyd edək ki, “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir. (azertag)

Xəbər lenti