Xəzər Xəbər

Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

İdman | 10:46 • 17 Aprel 2024
Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.

Xezerxeber.az xəbər verir ki, Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.

Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi "Mançester Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 3:3.

Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və "Borussiya Dortmund" ( Almaniya ) komandaları adlarını yarımfinala yazdırıblar.

Xəbər lenti