Xəzər Xəbər

Əmlak sığortasına avtomobil sığortası qədər maraq yoxdur VİDEO

Veb TV | 20:23 • 27 Mart 2024
Əmlak sığortasına avtomobil sığortası qədər maraq yoxdur

İnsanlar daşınmaz əmlaklarının sığortasına avtonəqliyyat vasitələrinin icbari sığortası qədər maraq göstərmir. Baxmayaraq ki, əmlakın sığortası da ölkəmizdə icbari növ hesab edilir. Üstəlik, əmlakın icbari sığorta haqqı avtonəqliyyat vasitələrinin icbari sığorta qiymətindən yetərincə aşağıdır.

Xezerxeber.az-ın məlumatına görə, avtonəqliyyat vasitələrinin icbari sığorta haqqı avtomobilin növündən və sığortaçının tarixçəsindən asılı olaraq bəzən 1000 manata qədər arta bilər və təminat məbləği maksimum 5 mindir. Ancaq əmlakın sığorta haqqı bir il üçün paytaxtda dəyərindən asılı olmayaraq 50 manatdır. Bunun qarşılığında mənzil və ya ev sahibinə 25 min manat təminat verilir.

Gəncə, Sumqayıt və Naxçıvanda isə 40 manat ödəməklə 20 min manat, digər şəhər və rayonlarda isə 30 manat ödəməklə 15 min manat təminat almaq mümkündür. 

Sığorta ekspertləri hesab edirlər ki, avtonəqliyyat vasitələrinin sığorta məbləğinin hesablanması əmsallarla olduğu halda, daşınmaz əmlakda bu qiymətlər standartdır. Ekspertlər əmlak sığortasına marağın az olmasını bir neçə səbəblə izzah edir. 

Digər səbəb isə sənədsiz evlərin çox olmasıdır. Bu da əmlak sığortasının qarşısını kəsən amillərdən biri hesab edilir.

Sığorta eksperti Vüsal Bədəlovun fikrinə görə, bütün hallarda insanlar əmlak sığortasının vacibliyini nəzərə alıb, hansısa bədbəxt hadisələr zamanı bu növün imkanlarından yararlanmalıdırlar. 

Qeyd edək ki, hazırda ölkəmizdə olan nəqliyyat vasitələrinin 99%-dən artığı icbari sığorta edilir. Daşınmaz əmlakın icbari sığortasında isə faiz dərəcəsi olduqca aşağıdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar