Xəzər Xəbər

Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs SAXLANILIB

Bakı-2015 | 08:32 • 27 Aprel 2024
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti