Martın 27-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.
Mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin başçıları, hüquq - mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin qalıqları Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci ilin 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.