Xəzər Xəbər

Şagird məktəbdə vəfat edib VİDEO

Araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub
Veb TV | 21:09 • 29 Sentyabr 2022
Şagird məktəbdə vəfat edib

Ağstafada şagird məktəbdə olan vaxt dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 saylı  tam orta məktəbində qeydə  alınıb.

İkinci dərs bitdikdən sonra tənəffüsə çıxan 15  yaşlı Fariz Qasımov sinif yoldaşları ilə məktəbin yeməkxanasına gedərkən giriş qapısının önündə qəfil yıxılıb.

Sinif yoldaşları dərhal müəllimlərə xəbər veriblər.

Həkimlərin səyinə baxmayaraq məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

İddia edilir ki, Fariz Qasımovun qəfil dünyasını dəyişməsinə səbəb ürəyində olan problemdir.

Hadisə ilə bağlı hüquq-müfahizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub.

Ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti