Xəzər Xəbər

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Hadisə | 09:35 • 30 Aprel 2024
Cəlilabadda mal-qara oğurlayan qohumlar

Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıb. Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Xəbər lenti