Xəzər Xəbər

Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın GÖRÜNTÜLƏRİ VİDEO

Veb TV | 11:25 • 30 Aprel 2024
Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın GÖRÜNTÜLƏRİ

Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin törətdiyi qəzanın görüntüləri yayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı bir müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

 

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb.

"Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə DYP rəsmisi bildirib.

Xəbər lenti

Çox oxunanlar