Xəzər Xəbər

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılır VİDEO

Veb TV | 21:48 • 5 İyul 2021
Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılır

Azərbaycanın bir sıra bölgələrində seysmik stansiyaların quraşdırılması prosesinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.

Tovuzda seysmik stansiyanın tikintisi üçüm ucqar dağ kəndlərindən biri olan Çataq kənd inzibati ərazi dairəsi seçilib.

İsmayıllı rayonunda da  seysmik stansiyaların quraşdırılması prosesi gedir. Seysmik stansiyaların quraşdırılması prosesi rayonunun iki kəndində aparılıb, yeni avadanlıqlar qurlaşdırılıb.

Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Seysmik stansiyaların quraşdırılması  Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi"  layihəsi çərçivəsində həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:           

                                                                                                                                                                                                      

Xəbər lenti