Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə şəhərin Əli Nəzmi küçəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Əhmədov Abdulla Röyal oğlu yolu keçmək istəyən zaman maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerimə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./APA