Xəzər Xəbər

Azərbaycana yeni peyvənd gətirilib VİDEO

Veb TV | 21:12 • 2 May 2024
Azərbaycana yeni peyvənd gətirilib

Azərbaycana uşaqların vaksinasiyası üçün yeni peyvənd gətirilib. Körpələri 6 xəstəlikdən qoruyan bu peyvənd heksavaksindir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib

Onun sözlərinə görə “heksavaksin” körpənin 2, 3 və 4 aylığında tətbiq olunmalıdır. Bu, tam vaksinasiya hesab olunur.

Heksavaksin 6 yaşa qədər uşaqlara tətbiq olunur. Hər hansı səbəbdən peyvənməyən 6 yaşdan yuxarı uşaqlar da tibb  müəssisələrinə müraciət edərək peyvəndlənə bilərlər.

O da  qeyd  olundu ki, peyvəndlənmə könüllüdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti