Xəzər Xəbər

Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib

Dünya | 18:22 • 2 May 2024
Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib

Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.

Xezerxeber.az Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir ki, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə nəticələnən hərbi yük maşınının qəzaya uğrması işi çərçivəsində həbs ediliblər. 

Hərbçilər Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunublar.

Bu maddə üzrə maksimum cəza 8 il müddətinə azadlıqdan məhrumetmədir.

Xəbər lenti