Xəzər Xəbər

"Koroğlu" metrostansiyasının yanında nəqliyyat mübadilə mərkəzi yaradılır VİDEO

Veb TV | 20:38 • 2 May 2024
"Koroğlu" metrostansiyasının yanında nəqliyyat mübadilə mərkəzi yaradılır

"Koroğlu" metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, yeni mərkəz sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, metro stansiyası ətrafında yaranan sıxlıq və tıxacların azaldılmasında da böyük əhəmiyyətə malik olacaq.

Yerüstü Nəqliyyat Agentliynin mətbuat katibi Tural Orucov bildirib ki, bu mərkəzdə elektriklə işləyən avtobuslar üçün dolum məntəqələri də quraşdırılacaq.

İşlərin qısa müddətdə yekunlaşdırılması və yeni nəqliyyat mübadilə mərkəzinin yaxın vaxtlar istifadəyə verilməsi  nəzərdə tutulub.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti