Xəzər Xəbər

Qırğızıstanda dondurma maşını 28 uşağı vurub

Dünya | 17:06 • 2 May 2024
Qırğızıstanda dondurma maşını 28 uşağı vurub

Qırğızıstanın Cəlal-Abad vilayətində kütləvi tədbir zamanı dondurma maşını uşaqlara çırpılıb. Hadisə nəticəsində 28 uşaq və bir müəllim xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan 18-i yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 7-si reanimasiyaya yerləşdirilib, həkimlər yaralılardan üçünün vəziyyətini ağır qiymətləndirir.

İnsident “Manas” dastanına həsr olunan tədbir zamanı baş verib. İlkin ehtimala görə, hadisə bilərəkdən törədilməyib. Yolun kənarında park edilmiş “Hyundai Porter” markalı dondurma maşını qəfildən uşaqlara tərəf hərəkət etməyə başlayıb.

Polis insidenti bədbəxt hadisə kimi qeydə alıb, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti