Xəzər Xəbər

İçərisində 212 ədəd paltaryuyan və qabyuyan olan TIR yanıb - Sığorta ödənişi olacaq? VİDEO

Veb TV | 19:34 • 2 May 2024
İçərisində 212 ədəd paltaryuyan və qabyuyan olan TIR yanıb - Sığorta ödənişi olacaq?

Bakıda içərisi məişət əşyaları ilə dolu olan və boşalmaq üçün terminalın həyətində sıra gözləyən TIR anidən alışıb.

Xezerxeber.az-ın məlumatına görə, yük avtomobilindəki 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.

Alov güclü olduğundan yaxınlıqdakı digər TIR və yükü də qismən yanıb. Yük sahiblərinə küllü-miqdarda maddi ziyan dəyib.

Bu fakt yüklərin sığortalanması məsələsini yenidən gündəmə gətirir. Bəs xaricdən gətirilən və ya daxildə daşınan yüklər sığortalanırmı?

Sığorta üzrə ekspertlər deyirlər ki, beynəlxalq yükdaşımaların sığortası icbaridir. Ancaq Azərbaycan daxilində yüklərin daşınması könüllü növ hesab edilir. Buna görə də yüklərin sığortalanması o qədər aktual deyil.

Ekspert Vüsal Bədəlov deyir ki, daşıma şirkətləri və yük sahibləri bu sığorta məhsulunu almaqda maraqlı olmalıdır. Əks halda, həm daşıma şirkəti, həm də sahibkar ciddi maliyyə itkisi ilə üzləşə bilər. Yük sığortasının tarifləri əsasən daşınan yükün dəyərinin 2 %-ə qədərini təşkil edir. Sığorta haqları isə daşınan yükün dəyəri, strukturu, risk kateqoriyasından asılı olaraq dəyişir.

Ekspert onu da qeyd etdi ki, əgər yanğın zamanı yükün sığortası olubsa, bu zaman sahibkara dəyən zərər ödənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti