Xəzər Xəbər

Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO

Veb TV | 20:23 • 2 May 2024
Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir

Ucar rayonunda yerləşən pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir.

Xezerxeber.az-ın məlumatına görə, “Azərpambıq” MMC-nin Ucar filialının fəaliyəti dövründə emal zamanı atmosferə buraxılan tozlu hava  ətrafda yaşayan sakinlərin evlərinə dolur.

Sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə həmin zavodda olublar və iradlarını bildiriblər. Lakin vəziyyət dəyişməyib.  

Məsələ ilə bağlı “Azərpambıq” MMC-nin Ucar filialınından “Xəzər Xəbər”ə bildirdilər ki, zavod 1924-cü ildə inşa olunub. Həmin illərdə ətraf ərazilərdə yaşayış olmayıb. Sonra həmin ərazilərdə sakinlər məskunlaşıb. Artıq sakinlərin narahatlığının qarşısını almaq məqsədi ilə zavodda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

O da qeyd olundu ki, yaxın vaxtlarda problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti