Xəzər Xəbər

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Gündəm | 21:55 • 25 Aprel 2024
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xəbər lenti