Xəzər Xəbər

Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilib

Dünya | 09:14 • 2 Mart 2022
Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilib

Qazaxıstan parlamentinin aşağı palatası sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar verib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Dariqa Nazarbayeva bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Deputatlar yekdilliklə onun səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.

58 yaşlı Dariqa Nazarbayeva 2021-ci ilin yanvarından deputat idi.

Müxtəlif illərdə o, Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri, Baş nazirini müavini və s. vəzifələrdə çalışıb.

Xəbər lenti