Xəzər Xəbər

11-ci sinif şagirdi onunla evlənmək istəyən kişini öldürdü FOTO

Dünya | 09:18 • 2 Mart 2022
11-ci sinif şagirdi onunla evlənmək istəyən kişini öldürdü

Türkiyənin Qars şəhərində 11-ci sinif şagirdi onu qaçıracağını deyən şəxsi öldürüb.

17 yaşlı A.E. 40 yaşlı Birdal Doğanı kəndin mərkəzində güllələyib.

Məktəbli qız atasına məxsus sənədsiz tapança ilə heyvanları sulayan Doğanı vurub.

Bədəninin müxtəlif nahiyələrinə 4 güllə nüfuz edən Doğan yerindəcə ölüb.

Hadisəni törədən A.E. nəzarətə götürülüb. Yeniyetmə iddia edib ki, B.Doğan “Səninlə evlənəcəyəm” deyə onu narahat edirmiş. 

Mənbə: A Haber

Xəbər lenti