Xəzər Xəbər

Ukrayna Rusiyaya hücum etdi ÖLƏNLƏR VAR

Dünya | 10:40 • 6 May 2024
Ukrayna Rusiyaya hücum etdi

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:

“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”

Xəbər lenti