Xəzər Xəbər

“Boeing” Rusiyaya ehtiyat hissələri təchizatını dayandırır

Dünya | 08:47 • 2 Mart 2022
“Boeing” Rusiyaya ehtiyat hissələri təchizatını dayandırır

ABŞ-ın “Boeing” aviakonserni Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü və onlara texniki dəstəyi dayandırıb.

Xarici KİV xəbər verir ki, bununla bağlı "Boeing" rəsmi bəyanat yayıb. 

"Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükü, onlara texniki xidmət və texniki dəstəyi dayandırırıq", - bəyanatda deyilir.

Bundan əvvəl "Boeing" Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvadakı Skolkovo təlim mərkəzinin işini dayandırmışdı. Bu təlim mərkəzi "Boeing" təyyarələrində uçan pilotların yenidən hazırlanması və ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən biri hesab olunur.

Xəbər lenti

Çox oxunanlar