Xəzər Xəbər

Şirvanda silsilə oğurluq edən iki nəfər yaxalandı - Onlardan biri yetkinlik yaşına çatmayandır - VİDEO

Veb TV | 20:34 • 19 Aprel 2017
Şirvanda silsilə oğurluq edən iki nəfər yaxalandı -

Şirvanda silsilə oğurluq edən 2 gənc yaxalanıb. Məlum olub ki, oğrular evlərdən və obyektlərdən bir sıra əşyalar aparıblar. Tutulan şəxslərdən biri yetkinlik yaşına çatmayandır.

Xezerxeber.az məlumat verir ki, Şirvan şəhər polis şöbəsinə daxil olmuş müraciətlər əsasında əməliyyat keçirilib. Şəhər sakinləri 24 yaşlı İlham Dəmirov və bir yeniyetmə silsilə oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Məlum olub ki,oğrular evlərdən və obyektlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər əmələrini etiraf ediblər.

Polis oğurluq əşyaları maddi sübut kimi götürüb. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti